• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Beniz"in ərinin meyiti tapıldı - FOTO

HADİSƏ

12 Avqust 2026 | 08:54 | Müəllif: Əli Hüseynov

"Beniz"in ərinin meyiti tapıldı - FOTO

İki gün öncə Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda yaşayış binasında cəsədi tapılan Rövşən Zeynalovla bağlı bəzi detallar üzə çıxıb.

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib.

Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub.

Digər məlumata görə, azərbaycanlı iş adamı "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.

Qeyd edək ki, tiktoker "Beniz" 10 il 3 ay müddətində azadlıqdan məhrum edilib. Buna səbəb tiktoker barəsində sevgilisi X.Kərimov tərəfindən Suraxanı Rayon Polis İdarəsinə edilən şikayət olub. Hüquq-mühafizə orqanları tərəfindən "Beniz" barəsində Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Türkiyədə meyiti tapılan iş adamı Benizin keçmiş həyat yoldaşı imiş - FOTO


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026