• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gəncədə 44 yaşlı kişi bıçaqlanıb

HADİSƏ

11 Avqust 2026 | 23:41 | Müəllif: Gülşən Şərif

Gəncədə 44 yaşlı kişi bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R. Həsənov bud nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 44 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisənin başvermə səbəbləri və digər hallar polis əməkdaşları tərəfindən araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026