• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb

SİYASƏT

13 Iyul 2026 | 17:33 | Müəllif: Əli Hüseynov

OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb

Bu ilin iyun ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 456 min barel səviyyəsində olub.

Bakıvaxtı.az-ın Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, may ayında qeyd olunan göstərici 456 min barel səviyyəsində olub.

Məlumata əsasən, ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 454 min barel, ikinci rübündə isə 457 min barel təşkil edib. Beləliklə, ilin ikinci rübündə qeyd olunan göstəri 3 min barel artıb.

Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.

Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür.

Əlavə edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026