• Bakı 30° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Müdafiə Nazirliyində vacib DƏYİŞİKLİKLƏR - Yeni sistem...

CƏMİYYƏT

13 Iyul 2026 | 10:25

Müdafiə Nazirliyində vacib DƏYİŞİKLİKLƏR - Yeni sistem...

Azərbaycan Müdafiə Nazirliyi sistemində uzun müddətdir gözlənilən struktur və kadr islahatlarının ilk mərhələsinə start verildiyi bildirilir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, həyata keçirilən dəyişikliklər çərçivəsində bir sıra rəhbər vəzifələrə yeni təyinatlar reallaşdırılıb.

Belə ki, islahatlar çərçivəsində Telman Hüseynov, Etibar Məhərrəmov və Azər Heybətliyə, o cümlədən, Azər Əliyevə yeni vəzifələr həvalə edilib.

Bildirilir ki, bu təyinatlar Müdafiə Nazirliyi sistemində idarəetmənin daha səmərəli təşkili, komanda-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və strukturun optimallaşdırılması istiqamətində aparılan dəyişikliklərin tərkib hissəsidir.

Mənbələrin bildirdiyinə görə, islahatların bununla yekunlaşmayacağı, yaxın vaxtlarda digər struktur bölmələrini də əhatə edəcəyi gözlənilir.

Dəyişikliklərin əsas məqsədinin döyüş hazırlığının artırılması, qərarvermə prosesinin sürətləndirilməsi, kadr potensialının daha səmərəli istifadəsi və müasir hərbi idarəetmə prinsiplərinin tətbiqi olduğu qeyd edilir.

Son illərdə Azərbaycan Ordusunda aparılan modernləşmə prosesi yeni mərhələyə qədəm qoyur. İdarəetmə sisteminin yenilənməsi, peşəkar kadrların irəli çəkilməsi və strukturun müasir çağırışlara uyğunlaşdırılması Silahlı Qüvvələrin inkişaf strategiyasının mühüm istiqamətlərindən hesab olunur.

Qeyd edək ki, islahatların növbəti mərhələsində əlavə kadr dəyişikliklərinin və yeni struktur qərarlarının qəbul ediləcəyi də istisna olunmur.

Nəzrin Mübariz

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyul 2026