Ukraynanın raketdən müdafiə qabiliyyətinin gücləndirilməsi müharibənin uğurla başa çatması üçün əsas amillərdən biridir.
Bakıvaxtı.az-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Parisdə Könüllülər Koalisiyasının və Avropanın Anti-ballistik Koalisiyasının ilk iclasından sonra bildirib.
Qeyd edək ki, bu gün Ukrayna, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç və Böyük Britaniya inteqrasiya olunmuş Anti-ballistik Müdafiə Koalisiyasının yaradıldığını elan ediblər. Yeni koalisiyanın liderləri Ukraynanın Rusiyanın təcavüzünə qarşı müdafiədə qazandığı unikal təcrübəsini qəbul edirlər. Avropa ölkələri müvafiq bəyannamədə ümumi əməliyyat tələblərinin müəyyən edilməsi, birgə texniki işçi qrupları, aydın idarəetmə mexanizmlərinin yaradılması, konstitusiya müqavilələrinə və beynəlxalq öhdəliklərə uyğun olaraq koalisiyanın ilkin əməliyyat imkanlarına nail olmaq üçün yol xəritəsi hazırlamaq öhdəliklərini vurğulayırlar.
"Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün güclü anti-ballistik imkanlar vacibdir. Ukraynanın hava hücumundan müdafiə vasitələri nə qədər çox olarsa, Rusiya Prezidentinin danışıqlar masasına oturma ehtimalı o qədər yüksəkdir. Bu imkanlar Rusiyanın hərbi iqtisadiyyatına və ya cəbhədəki döyüş əməliyyatlarına diplomatik və ya iqtisadi təzyiqdən heç də az əhəmiyyətli deyil", - Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, birgə "Freyja" sistemi üzərində iş mövcud hava hücumundan müdafiə sistemlərini əvəz etmək üçün nəzərdə tutulmayıb.
"Birgə "Freyja" sistemi üzərində işimiz mövcud sistemləri əvəz etmək üçün nəzərdə tutulmayıb. Bu, müdafiəmizi tamamlamaq, bütün Avropa üzərində etibarlı qalxan yaratmaq və bütün bunları daha sürətli və daha səmərəli şəkildə etmək üçün üsuldur", - Zelenski vurğulayıb.
Bakı 



