• Bakı 27° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi itkilərini açıqladı

DÜNYA

13 Iyul 2026 | 19:20

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi itkilərini açıqladı

Rusiya Müdafiə Nazirliyi Ukraynada davam edən müharibənin 1601-ci günü üzrə hərbi əməliyyatlarla bağlı növbəti hesabatını yayıb.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Rusiyanın təqdim etdiyi statistikaya əsasən, müharibənin əvvəlindən indiyədək Ukrayna Silahlı Qüvvələrinə məxsus 673 təyyarə, 284 helikopter, 180 min 451 pilotsuz uçuş aparatı (PUA), 665 zenit-raket kompleksi, 30 min 143 tank və digər zirehli texnika, 1 757 reaktiv yaylım atəş sistemi, 35 min 747 artilleriya qurğusu və minaatan, həmçinin 66 min 376 xüsusi hərbi avtomobil texnikası məhv edilib.

Qeyd edək ki, bu məlumatlar Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR