• Bakı 26° C

    7.32 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

"Tehran heç bir halda icazə verməyəcək" - İrandan Hörmüzlə bağlı xəbərdarlıq

DÜNYA

13 Iyul 2026 | 19:50

Tehran heç bir halda icazə verməyəcək - İrandan Hörmüzlə bağlı xəbərdarlıq

"Tehran heç bir halda Vaşinqtonun Hörmüz boğazının idarə olunmasına müdaxiləsinə icazə verməyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari deyib.

"ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxilə etmək üçün təkrarlanan ehtiyatsız və təxribatçı hərəkətləri regional təhlükəsizliyi, beynəlxalq ticarəti və neft tankerlərinin, ticarət gəmilərinin naviqasiyasını ciddi şəkildə təhlükə altına alıb. Biz heç bir halda ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxiləsinə icazə verməyəcəyik", - deyə o qeyd edib. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026