• Bakı 26° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - QƏRAR

CƏMİYYƏT

13 Iyul 2026 | 22:36

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - QƏRAR

"Digital Classifieds" OÜ şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.

Bakıvaxtı.az Valyuta.az-a istinadən xəbər verir ki, kreditorlar tələblərini iki ay ərzində AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75 ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, "Digital Classifieds" Azərbaycanda istifadəçilərə avtomobil, daşınmaz əmlak, müxtəlif məhsulların alqı-satqısı, eləcə də iş elanları üzrə xidmət göstərən dörd onlayn platformanın hazırlanması, idarə olunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Azərbaycan internet bazarında fəaliyyət göstərən bu platformaların rəhbəri kimi Mixail Lomtadzenin adı çəkilir. 2021-ci il avqustun 16-da şirkət dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 75-dir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Kırvalıdzedir.

"Digital Classifieds" Qazaxıstanın aparıcı texnologiya şirkətlərindən olan "Kaspi.kz" qrupuna daxildir. Şirkət ölkənin ən çox ziyarət olunan elan platformalarından olan “Turbo.az”, “Tap.az”, “Boss.az” və “Bina.az”ın operatorudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026