ABŞ tərəfindən 60 günlük güzəştin ləğv edilməsinə baxmayaraq, İranın neft ixracı əvvəlki qaydada davam edir.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu İranın neft naziri Möhsən Paknejad jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, ABŞ tərəfindən 60 günlük güzəştin ləğv edilməsinə baxmayaraq, İranın neft ixracı əvvəlki qaydada davam edir və bu sahədə heç bir problem yaranmayacaq.
Paknejad neft sanksiyaları ilə bağlı 60 günlük güzəştin ləğvi və Neft Nazirliyinin yeni şəraitdə fəaliyyəti barədə danışarkən deyib ki, nazirlik uzun illərdir ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsirini minimuma endirmək üçün zəruri mexanizmlər formalaşdırıb.
Nazir ABŞ-ın öhdəliklərini pozmasına və İranın neft ixracı üçün nəzərdə tutulmuş 60 günlük güzəşti əhatə edən sazişin 10-cu maddəsinin pozulmasına toxunaraq bildirib ki, neft ixracının davam etdirilməsi üçün yaradılmış mexanizmlər qorunub saxlanılıb.
O vurğulayıb ki, bu səbəbdən ölkənin neft ixracı əvvəlki qaydada davam edir və prosesdə hər hansı dəyişiklik yoxdur.
Bakı 



