• Bakı 30° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

“Sabah” TNS-ə qarşı

İDMAN

14 Iyul 2026 | 10:46

“Sabah” TNS-ə qarşı

Bu gün Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının cavab görüşünə çıxır.

Bakıvaxtı.az xəbər verir ki, Masazır təmsilçisi İngiltərədə “Park Hall Stadium”da TNS-lə (Uels) qarşılaşacaq.

Görüş Bakı vaxtilə 21:30-da başlayacaq.

Bu iki komanda arasında Bakıda keçirilən ilk görüşdə “Sabah” 2:0 hesablı inamlı qələbə qazanmışdı.

“Sabah” - TNS cütünün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə yoluna Konfrans Liasının 2-ci təsnifat mərhələsində davam edəcək və “Flora” (Estoniya) – “İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

21:00. TNS (Uels) – “Sabah” (Azərbaycan)

“Park Hall Stadium”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026