• Bakı 30° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Şabranda nə baş verir? - "Qurtuluş"un durumu acınacaqlıdır

CƏMİYYƏT

14 Iyul 2026 | 10:28

Şabranda nə baş verir? - Qurtuluşun durumu acınacaqlıdır

Şabran şəhərindəki Qurtuluş parkının vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Bakıvaxtı.az-ın xəbərinə görə, oxu.az-a müraciət edən şəhər sakini bildirib ki, Heydər Əliyev prospektində yerləşən park uzun müddətdir baxımsız vəziyyətdədir.

Onun sözlərinə görə, ərazidə işıqlandırma sistemi işləmir, dirəklər sökülərək kənara yığılıb. Sakin deyir ki, parkda axşam saatlarında qaranlıq hökm sürdüyündən insanların, xüsusilə uşaqların və yaşlıların istirahəti çətinləşib.

Müraciətdə həmçinin qeyd olunur ki, parkın suvarma sistemi də yararsız vəziyyətdədir, fəvvarə illərdir fəaliyyət göstərmir. Şikayətçi yaxınlıqdakı stadionun da baxımsız qaldığını və uzun müddətdir hər hansı bərpa və ya yenidənqurma işlərinin aparılmadığını iddia edib.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026