• Bakı 30° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Hörmüzdə iki gəmi vuruldu, ölən və yaralılar var

DÜNYA

14 Iyul 2026 | 10:24

Hörmüzdə iki gəmi vuruldu, ölən və yaralılar var

"Mombasa" və "Əl-Bəhiyə" tankerləri Omanın ərazi sularında (Hörmüz boğazının cənub keçidində) İranın iki pilotsuz raketi tərəfindən hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində "Mombasa" tankerinin bir heyət üzvü - Hindistan vətəndaşı həyatını itirib. Eyni zamanda, dördü ağır olmaqla ümumilikdə səkkiz nəfər yaralanıb (onlardan altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır).

Hər iki gəmidə baş verən yanğın nəticəsində tankerlərə maddi ziyan dəyib. Lakin təxirəsalınmaz tədbirlər sayəsində hər iki gəmidəki yanğın tam söndürülüb.

Əmirliyin Müdafiə Nazirliyi bəyan edib ki, istənilən təhdidlərə qarşı mübarizə aparmaq üçün tam döyüş hazırlığı vəziyyətindədir. Dövlətin təhlükəsizliyini və onun sabitliyini pozmağa yönəlmiş hər hansı bir cəhdin qarşısını qətiyyətlə almaq üçün bütün zəruri addımlar atılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026