• Bakı 30° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Bakıda YANĞIN - VİDEO -YENİLƏNİB

CƏMİYYƏT

14 Iyul 2026 | 13:26

Bakıda YANĞIN - VİDEO -YENİLƏNİB

Bakı şəhəri, Babək prospektində açıq ərazidə yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.

***

12:46

Bakıda açıq ərazidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Zeynəb Rzayeva

***

12:46

Bakıda yanğın başlayıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Babək prospektində, "Deluxe" (keçmiş "Kolizey") şadlıq sarayının yaxınlığındakı açıq sahədə baş verib.

Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisənin səbəbi və əlavə təfərrüatlar hələlik məlum deyil.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026