• Bakı 31° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

“Beynəlxalq Cinayət Məhkəməsini ləğv edəcəyik”

SİYASƏT

14 Iyul 2026 | 13:42

“Beynəlxalq Cinayət Məhkəməsini ləğv edəcəyik”

ABŞ Dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ləğv ediləcəyini vəd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb. 

“Hökumətimizin sərəncamında olan bütün vasitələrdən istifadə edərək və səylərini birləşdirə biləcəyimiz bütün müttəfiqlərlə əməkdaşlıq edərək, biz Beynəlxalq Cinayət Məhkəməsini ləğv edəcəyik”, - Rubio bəyan edib.

Dövlət katibinin sözlərinə görə, məhkəmə ABŞ-yə qarşı güllə və ya raketlərlə deyil, qondarma beynəlxalq hüququn gücü ilə müharibə aparır. 

Nəşr iddia edir ki, Ağ Ev administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin Əfqanıstanda ABŞ hərbçilərinin ehtimal olunan müharibə cinayətlərini araşdırma cəhdlərindən narazıdır. 

Qeyd edək ki, daha əvvəl ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsi əleyhinə genişmiqyaslı kampaniyaya başladığını açıqlayıb. Tədbirlər çərçivəsində məhkəmə əməkdaşlarının ABŞ vizalarının ləğvi, onların ölkəyə girişinə qadağa qoyulması, həmçinin BCM və onunla əlaqəli qurumlara qarşı sanksiyaların genişləndirilməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026