• Bakı 29° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Rentgen xidmətində texniki problem yarandı – Vətəndaşlara müraciət edildi

CƏMİYYƏT

14 Iyul 2026 | 14:33

Rentgen xidmətində texniki problem yarandı – Vətəndaşlara müraciət edildi

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində yaranmış müvəqqəti texniki nasazlıq qısa müddətdə aradan qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə institut məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saat 10:00–11:00 radələrində rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində müvəqqəti texniki nasazlıq baş verib. Nəticədə rentgen müayinəsi üçün müraciət edən vətəndaşlar arasında müəyyən müddət növbə yaranıb.

Qeyd olunub ki, texniki problem operativ şəkildə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir.

İnstitut yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyərək, göstərilən anlayış və səbirə görə təşəkkürünü bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026