Almaniyanın "BMW" avtomobil istehsalçısı mühərrikin işə salma rölesindəki problemlər səbəbindən ABŞ-də 29 119 avtomobilin geri çağırıldığını elan edib.
Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
ABŞ tənzimləyici orqanının məlumatına görə, geri çağırılma "BMW 530e xDrive" və "BMW 740Le xDrive", eləcə də "BMW iPerformance" seriyasındakı digər modellər də daxil olmaqla, bir neçə modelə təsir göstərir.
Qeyd olunub ki, mühərrikin işə salma rölesinin korroziyaya uğraması həddindən artıq istiləşməyə, qısaqapanmalara səbəb ola bilər və yanğın riskini artırır.
Dilerlər mühərrik starterini pulsuz olaraq dəyişdirəcəklər.
Gülşən Şərif
Bakı 



