• Bakı 20° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Ölkəmizdə pensiya xərcləri artdı

İQTİSADİYYAT

14 Iyul 2026 | 13:34 | Müəllif: Əli Hüseynov

Ölkəmizdə pensiya xərcləri artdı

Bu ilin I yarısında Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait ötən ilin eyni dövrünə nisbətən 10 % (368 milyon manat) çox olmaqla 3 milyard 916 milyon manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Xatırladaq ki, bu ilin əvvəlindən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb. İyulun 1-nə pensiyaların orta aylıq məbləği illik müqayisədə 10 % artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-iyun aylarında 23 000, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 201 000 pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR