• Bakı 19° C

    1.37 m/s

Elçin Məsiyev UEFA Avropa Liqası oyununu idarə edəcək

İDMAN

13 Oktyabr 2026 | 14:02 | Müəllif: Əli Hüseynov

Elçin Məsiyev UEFA Avropa Liqası oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Liqa mərhələsinin II turunda Sloveniyada "Selye" və Kiprin "Omoniya" komandası arasında keçiriləcək matçı idarə edəcək.

Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

VAR hakimi italiyalı Luka Payretto, onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, "Selye" - "Omoniya" görüşü oktyabrın 15-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR