• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Bu şəxslərin iş saatı DƏYİŞİR

SİYASƏT

13 Oktyabr 2026 | 12:18 | Müəllif: Günəş Mərd

Bu şəxslərin iş saatı DƏYİŞİR

“Hava gəmilərinin heyət üzvlərinin iş və istirahət vaxtının beynəlxalq standartlara uyğun tənzimlənməsi aviasiya sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə xidmət edəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (I oxunuş) müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsi hava daşımalarını həyata keçirən hava gəmilərinin heyət üzvlərinin iş və istirahət vaxtının, o cümlədən uçuş müddətinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına və tövsiyələrinə uyğun tənzimlənməsi məqsədilə hazırlanıb.

Layihəyə əsasən, hava gəmisi heyətinin iş vaxtının ardıcıl 7, 14 və 28 gün, eləcə də bir təqvim ili üzrə müəyyən edilən maksimum iş saatları əsasında tənzimlənməsi nəzərdə tutulur. Eyni mexanizmin heyət üzvlərinin uçuş vaxtına da tətbiqi təklif olunur.

A.Badamovun sözlərinə görə, dəyişikliklərin qəbulu hava gəmisi heyətinin iş, istirahət və uçuş vaxtının daha çevik tənzimlənməsinə, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcək.

Deputat əlavə edib ki, qanun qəbul edildikdən sonra hava gəmisi heyətinin iş, istirahət və uçuş vaxtının tənzimlənməsinə dair müvafiq qaydaların təsdiqlənməsi nəzərdə tutulur.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026