• Bakı 17° C

    1.88 m/s

Qreta Tunberq Fransadakı etirazlara qoşuldu

SİYASƏT

13 Oktyabr 2026 | 14:50 | Müəllif: Əli Hüseynov

Qreta Tunberq Fransadakı etirazlara qoşuldu

İsveçli iqlim fəalı Qreta Tunberq təhsil sisteminə maliyyələşdirmənin artırılması tələblərini dəstəkləyərək fransız məktəblilərinin etirazlarında iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bbarədə Fransanın BFM TV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, fəal Sen-Deni kommunasında yerləşən Pol Eluard Liseyində keçirilən etiraz aksiyasının iştirakçıları arasında görülüb.

Tunberq hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləyərək, polisin gənclərə qarşı son dərəcə qəddar olduğunu bildirib. Tunberqə görə, məktəblərin maliyyələşdirilməsinin az olması gənc nəslin cəmiyyət üçün prioritet olmadığının bir siqnalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026