• Bakı 27° C

    10.07 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Daha bir marşrut xəttinin avtobusları yenilənir

CƏMİYYƏT

14 Iyul 2026 | 20:01

Daha bir marşrut xəttinin avtobusları yenilənir

İyulun 15-dən paytaxtın Yeni Yasamal yaşayış massivinin Məhəmməd Xiyabani küçəsini şəhərin mərkəzi ilə birləşdirən 39 saylı marşrut xətti üzrə avtobuslar yenilənəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Xətt üzrə 12 ədəd iritutumlu ekoloji təmiz CNG texnologiyalı "İveco" markalı avtobus sərnişinlərə xidmət göstərəcək.

4 dəqiqə intervalla hərəkət edəcək avtobusların hərəkət istiqamətində də dəyişiklik edilib.

İyulun 15-dən etibarən 39 saylı xətt üzrə avtobuslar Parlament prospektindən metronun “İçərişəhər” stansiyasına doğru hərəkət edəcək və sonuncu dayanacaq məntəqəsi Qoşa Qala qapısının qarşısında olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR