• Bakı 23° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

TƏCİLİ! Köçəryan ölkədən qaçarkən SAXLANILDI

DÜNYA

14 Iyun 2026 | 22:24

TƏCİLİ! Köçəryan ölkədən qaçarkən SAXLANILDI

Ermənistanda siyasi gərginlik fonunda sabiq prezident Robert Köçaryanla bağlı diqqətçəkən məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçaryanın Zvartnots hava limanından ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq ölkədən çıxışına icazə verilməyib.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə hələlik rəsmi açıqlama verilməyib.

Maraqlıdır ki, bir neçə saat əvvəl Köçaryanın ofisi onun üç günlük müddətə ölkədən getdiyini açıqlamışdı. Açıqlamada səfərin şəxsi xarakter daşıdığı qeyd olunurdu.

Lakin daha sonra Ermənistan mediasında yayılan məlumatlarda sabiq prezidentin Zvartnots hava limanında saxlanıldığı və ölkədən çıxışına icazə verilmədiyi bildirilib.

Qeyd edək ki, son günlər Ermənistanda parlament seçkilərinin nəticələri ətrafında ciddi siyasi gərginlik müşahidə olunur. Müxalifət qüvvələri seçkinin nəticələrinə etiraz edir, hakimiyyət isə nəticələrin qanuni olduğunu bildirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026