• Bakı 27° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Bu ölkədə Ebola aşkarlandı

DÜNYA

15 May 2026 | 23:51

Bu ölkədə Ebola aşkarlandı

Uqanda Səhiyyə Nazirliyi ölkədə ölümcül Ebola qızdırmasının yayıldığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Daily Monitor” qəzeti yayıb.

Nazirliyin bəyanatında söhbətin virusun “Bundibucio” (Bundibugyo) yarım tipindən getdiyi bildirilir. Rəsmi qurumların məlumatına görə, virus Uqandaya qonşu Konqo Demokratik Respublikasından (KDR) keçib.

Qeyd edək ki, bundan əvvəl KDR-in Monqvalu və Rvampara rayonlarında da Ebola infeksiyasının alovlandığı qeydə alınmışdı.

Məlumat üçün bildirək ki, Ebola kəskin, son dərəcə yoluxucu və ölümcül virus xəstəliyidir. Ştamından asılı olaraq yoluxanların 30%-dən 90%-nə qədərinin ölümünə səbəb olan bu infeksiya ağır intoksikasiya, daxili və xarici qanaxmalarla müşayiət olunur. İlkin mərhələdə yüksək qızdırma, əzələ qıcolmaları, baş və boğaz ağrıları ilə özünü büruzə verən virus insanlara ilk olaraq vəhşi heyvanlardan keçir, daha sonra isə insanlar arasında sürətlə yayılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026