• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

ABŞ-də helikopterlər toqquşdu, ölənlər var

DÜNYA

30 Oktyabr 2026 | 08:33 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ-də helikopterlər toqquşdu, ölənlər var

ABŞ-də helikopter qəzası olub.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Oreqon ştatında qeydə alınıb.

    Hadisə oktyabrın 29-da yerli vaxtla saat 14:10 radələrində Makminvill şəhərinin şimalında, Amity-Dayton avtomobil yolu ilə Krinkşenk yolunun kəsişməsi yaxınlığında baş verib. Şahidlər iki helikopterin havada toqquşduğunu bildiriblər.

    Hüquq-mühafizə orqanları və təcili tibbi yardım əməkdaşları “Robinson R22” helikopterində iki, “Airbus” helikopterində isə bir nəfərin olduğunu müəyyən ediblər. Hər üç şəxs hadisə yerində həyatını itirib.

    Məlumata görə, “Robinson R22” helikopterində Texas ştatından olan təlimatçı pilot və onun Böyük Britaniyadan olan tələbəsi, digər helikopterdə isə 38 yaşlı yerli sakin olub.

    Qəzanın səbəbləri hələlik məlum deyil.

    Hadisə ilə bağlı araşdırmanı ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası aparır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    04 Noyabr 2026