ABŞ Prezidenti Donald Trampın nümayəndə heyətinin üzvləri Çini tərk etməzdən əvvəl yerli rəsmilərin onlara təqdim etdiyi bütün əşyaları atmaq məcburiyyətində qalıblar.
Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Post" qəzetinin müxbiri Emili Qudi məlumat yayıb.
Jurnalist aydınlaşdırıb ki, təhlükəsizlik qaydalarına görə, Çin ərazisindən təyyarənin göyərtəsinə hər hansı bir əşyanın gətirilməsi qadağan edilib. Bu səbəbdən heyət üzvləri Çin rəsmilərinin amerikalılara verdiyi hər bir şeyi zibil qutusuna atıblar.
"Ağ Ev işçilərinin birdəfəlik telefonları, akkreditasiya kartları, nümayəndə heyəti üçün nişanlar - biz AF1 (Air Force One) təyyarəsinə minməzdən əvvəl bütün bunları topladılar və zibil qutusuna atdılar", - deyə jurnalist qeyd edib.
Xatırladaq ki, Donald Tramp Çinə üçgünlük səfər edib. Bu, Trampın 2017-ci ildəki ilk prezidentlik dövründən bəri, yəni son doqquz ildə Pekinə etdiyi ilk rəsmi səfərdir.
Bakı 




