• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türk ordusuna yeni haubitsalar verildi

DÜNYA

16 Aprel 2026 | 13:35 | Müəllif: Əli Hüseynov

Türk ordusuna yeni haubitsalar verildi

Türkiyə Silahlı Qüvvələrinin arsenalına yeni nəsil "Fırtına-2" haubitsaları qəbul edilib.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən haubitsalar yoxlama və qəbul prosedurları başa çatdıqdan sonra inventara əlavə edilib.

Bundan başqa, "Akıncı" hücum pilotsuz uçuş aparatları (PUA) da ordunun arsenalına verilib.

Həmçinin qeyd edilib ki, Rusiya-Ukrayna münaqişəsi və ABŞ ilə İsrailin İrana hücumundan sonra Türkiyə Ordusunda komando briqadalarının sayının artırılması üçün işlərə başlanılıb.

"Yaradılacaq yeni komando briqadalarının müasir şəkildə, mövcud təhdid qiymətləndirmələrinə və əməliyyat konsepsiyalarına uyğun olaraq, mövcud təşkilati strukturlardan fərqli şəkildə qurulması planlaşdırılır", - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026