Albaniya parlamenti İran islam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Albaniya parlamentinin bəyanatında qeyd olunub.
Bəyanatda bildirilib ki, İran Albaniya tərəfindən terrorizmin dövlət dəstəkçisi kimi tanınıb.
“Albaniya parlamenti İran islam Respublikasını terrorizmi dəstəkləyən və terror vasitələrindən öz xarici siyasət məqsədləri üçün istifadə edən ölkə elan edir “,- parlamentin bəyanatında qeyd olunub.
Qeyd edək ki, Albaniya 2022-ci ildə İranı dövlət strukturlarına kiberhücumda ittiham edib və bu ölkə ilə əlaqələri kəsib.
Bakı 




