• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Liderlər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

DÜNYA

15 Fevral 2026 | 12:48 | Müəllif: Zeynəb Rzayeva

Liderlər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 16-da Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə lideri BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, eləcə də regionda sülhün və sabitliyin möhkəmləndirilməsi səylərini müzakirə etməyi planlaşdırır. Fələstin, Suriya, Yəmən və Somalidəki vəziyyətə xüsusi diqqət yetiriləcək.

BƏƏ Körfəz ölkələri arasında Türkiyənin ən böyük ticarət tərəfdaşıdır. Ankara ilə Əbu-Dabi arasında ticarət dövriyyəsi ildə 16 milyard dollara çatıb. Türkiyə və BƏƏ liderləri qarşılıqlı ticarəti 40 milyard dollara çatdırmaq üçün qarşıya ortamüddətli məqsəd qoyublar. Türkiyə Prezidentinin BƏƏ-yə son səfəri 2023-cü ilin iyul ayında baş tutub. Tərəflər ikitərəfli münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsinə qaldırdıqlarını elan ediblər.

Daha sonra Türkiyə lideri Efiopiyaya səfər edəcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026