Karib dənizinin akvatoriyasında Kubanın şərq sahillərində 5,8 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, zəlzələ ocağı 12 km dərinlikdə yerləşib.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialının operativ emal məlumatlarına əsasən isə zəlzələnin episentri Barakoa şəhərindən 45 km cənubda və sahildən təxminən 13 km məsafədə yerləşib.
Episentrdəki titrəmələrin intensivliyinə görə seysmik hadisə "çox güclü" (5,5) kimi qiymətləndirilir.
Bakı 




