• Bakı 14° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Rusiyanın gecə hücumları: ölənlərin sayı artdı - YENİLƏNİB

DÜNYA

16 Aprel 2026 | 09:04

Rusiyanın gecə hücumları: ölənlərin sayı artdı - YENİLƏNİB

Rusiya ordusunun Kiyev hava hücumu nəticəsində dörd tibb işçisi yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

    Məlumata görə paytaxta endirilən zərbələr nəticəsində bir uşaq daxil olmaqla beş nəfər ölüb, 21 nəfər yaralanıb.

    Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, Podolsk rayonunda qeyri-yaşayış binasına zərbə endirilib. Bir neçə yerdə dağıntılar qeydə alınıb. Bir yaşayış binasında yanğın baş verib. Başqa bir çoxmərtəbəli binada pəncərələr zədələnib. Dağıntılar həmçinin üçmərtəbəli mini-oteli qismən dağıdıb və bitişik binalara ziyan vurub.

    ***

    08:03

    Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava hücumu nəticəsində 12 yaşlı uşaq və 35 yaşlı qadın həlak olub.

    Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

    O qeyd edib ki, dörd tibb işçisi də daxil olmaqla 22 sakin yaralanıb.

    Dnepropetrovsk hərbi administrasiyasının rəhbəri Aleksandr Hanya da bildirib ki, dünən gecə Rusiyanın Dneprə hücumu nəticəsində daha bir nəfər həlak olub, 10 nəfər yaralanıb.

    Aydın Baxış  


    SON XƏBƏRLƏR

    15 Aprel 2026