• Bakı 26° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"İranın blokadаsı davam edir"

DÜNYA

16 Aprel 2026 | 09:58

"İranın blokadаsı davam edir"

ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarının və Hörmüz boğazının blokadasını davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" hesabında məlumat verilib.

"ABŞ hərbçiləri İran limanlarına daxil olan və ya oradan çıxan gəmilərin ABŞ tərəfindən blokadasını dəstəkləmək üçün regional suların monitorinqini və patrul xidmətini davam etdirir", - məlumatda bildirilib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Çinlə münasibətləri qorumaq üçün Hörmüz boğazını həmişəlik açdığını bəyan etsə də, bu qərar rəsmi təsdiqini tapmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026