• Bakı 14° C

    1.83 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Məktəbə hücum edənin WhatsApp profil şəklində DƏHŞƏTLİ DETAL

DÜNYA

16 Aprel 2026 | 09:42

Məktəbə hücum edənin WhatsApp profil şəklində DƏHŞƏTLİ DETAL

Dünən Türkiyədə məktəbə hücum edən şagirdin WhatsApp profil şəklində dəhşətli detallar üzə çıxıb.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, Kahramanmaraşın Onikişubat rayonundakı Ayser Çalık Orta Məktəbinə silahlı hücum edən İsa Aras Mersinli WhatsApp profil şəkli kimi Elliot Rodgerin şəklindən istifadə edirmiş. Rodgerin 2014-cü ildə ABŞ-də bıçaq və silahlı hücumda 6 nəfəri öldürdüyü və daha sonra intihar etdiyi bildirilir.

Qeyd edək ki, Kahramanmaraşda məktəbə silahlı hücum zamanı 8 şagird və 1 müəllim öldürülüb, 17 şagird yaralanıb. İsa Aras Mersinli hücumda istifadə edilən eyni silahla özünü güllələyərək öldürüb.

Murad Məmmədli


SON XƏBƏRLƏR

15 Aprel 2026