q
  • Bakı 14° C

    7.88 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

İran Dünya Kubokundan kənarlaşdırılır? - FİFA prezidenti açıqladı

DÜNYA

16 Aprel 2026 | 07:31

İran Dünya Kubokundan kənarlaşdırılır? - FİFA prezidenti açıqladı

"İran mütləq Dünya Kubokuna gələcək, bu, şübhəsizdir".

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino bildirib.

Onun sözlərinə görə, yarış iyunun 11-də başlayacaq və İran komandası qrupdakı üç oyununu ABŞ ərazisində - Los-Anceles və Sietldə keçirəcək.

C.İnfantino ümid edir ki, o vaxta qədər vəziyyət dinc olacaq və bu, proseslərə kömək edəcək.

FİFA prezidenti vurğulayıb ki, İran komandası gəlməlidir, onlar öz xalqını təmsil edirlər:

"Oyunçular oynamaq istəyirlər".

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp martın 13-də özünün "Truth" sosial şəbəkəsində bəyan edib ki, İran milli komandası Dünya Kubokunda xoş qarşılanır, amma o, oyunçuların iştirakının onların həyatı və təhlükəsizliyi üçün uyğun olduğunu düşünmür.

Canni İnfantino isə hesab edir ki, idman siyasətdən kənarda olmalıdır.

Aydın Baxış  


SON XƏBƏRLƏR

17 Aprel 2026