Türkiyənin Kahramanmaraş şəhərində məktəbə hücum zamanı həlak olan müəllim Ayla Kara şagirdləri hücumçudan müdafiə edən zaman həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində məktəbin riyaziyyat müəllimi Ayla Kara şagirdlərini öz bədəni ilə qoruduqdan sonra dünyasını dəyişib.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində 9 nəfər ölüb, 13-ü yaralanıb. Ölənlərdən biri müəllim, səkkizi şagirddir.
Bakı 




