• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Kallas Avropanın Rusiya ilə dialoq şərtini açıqladı

DÜNYA

15 Fevral 2026 | 14:04

Kallas Avropanın Rusiya ilə dialoq şərtini açıqladı

"Gələcəkdə hərbi münaqişələrin qarşısını almaq üçün dəqiq şərtlər və razılaşmalara əməl olunacağına dair təminatlar olarsa, Avropa Rusiya ilə dialoqa hazırdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

Onun sözlərinə görə, Avropa Moskva ilə dialoqa hazır olmalıdır, lakin eyni zamanda təcavüzün təkrarlanmaması üçün aydın məsuliyyət mexanizmlərini təmin etmək vacibdir:

"İlk növbədə, Rusiya ilə danışıqların mövzusu razılaşdırılmalıdır. İndiki sülh danışıqları Ukraynanın güzəştlərinə yönəlib. Ukraynanın daha nəyisə vəd edə biləcəyinə fokuslanılır, lakin bu zaman müharibənin səbəbi gözardı edilir: Rusiyanın heç bir səbəb olmadan qonşu ölkəyə hücum etməsi faktı. Bunun təkrarlanmaması üçün nə etməliyik? Gələcəkdə müharibənin qarşısını almaq üçün Rusiyadan aydın vədlər alınmalıdır. Həmçinin məsuliyyət məsələsi son dərəcə vacib olaraq qalır".


SON XƏBƏRLƏR

14 Fevral 2026