• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Avropa İttifaqı Paraqvayda MERCOSUR ilə saziş imzalayacaq

DÜNYA

17 Yanvar 2026 | 09:54

Avropa İttifaqı Paraqvayda MERCOSUR ilə saziş imzalayacaq

Avropa İttifaqı (Aİ) bu gün Asunsyonda (Paraqvay) Cənubi Amerika ölkələrinin ümumi bazarı MERCOSUR ilə azad ticarət sazişi imzalayacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, imzalanma mərasimində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta iştirak edəcəklər.

Aİ adından sənədi Avropanın ticarət üzrə komissarı Maroş Şefçoviç imzalayacaq.

"İmzalanma Aİ və MERCOSUR arasında 25 illik danışıqlar tarixini tamamlayır və rəsmi olaraq dünyada ən böyük azad ticarət zonalarından birini yaradır, bu zona 700 milyondan çox insanı əhatə edir", - Avropa Komissiyasından vurğulanıb.

Qeyd edək ki, MERCOSUR ilə ticarət sazişi 60 min Avropa ixracatçısına ixrac rüsumlarında ildə təxminən 4 milyard avro qənaət etməyə və sadələşdirilmiş gömrük prosedurlarından istifadəyə imkan verəcək. 2040-cı ilə qədər Aİ-nin MERCOSUR-a ixracının təxminən 50 milyard avro, əks istiqamətdə artımın isə təxminən 9 milyard təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, Paraqvay hazırda MERCOSUR-a sədrlik edir. Blokun iştirakçıları həmçinin Argentina, Braziliya və Uruqvaydır.


SON XƏBƏRLƏR

16 Yanvar 2026