• Bakı C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

G7 ölkələri Yaxın Şərqi müzakirə ediblər

DÜNYA

16 Fevral 2026 | 00:31

G7 ölkələri Yaxın Şərqi müzakirə ediblər

Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüş keçirib və Yaxın Şərqi müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, G7 ölkələri Yaxın Şərqdə, o cümlədən İsrail, Qəzza zolağı, Livan, Suriya və İranda siyasi, humanitar və təhlükəsizlik məsələlərini müzakirə ediblər. G7 xarici işlər nazirləri İsrail və HƏMAS arasında atəşkəsə tam riayət etməyə sadiq olduqlarını vurğulayıblar. Bəyanatda qeyd olunur ki, görüş iştirakçıları İranın nüvə proqramı ilə bağlı məsələləri də müzakirə ediblər.

Bundan əlavə, G7 xarici işlər nazirləri Hind-Sakit okean regionundakı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər. Xüsusilə, Koreya yarımadasının nüvəsizləşdirilməsi, eləcə də Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq məsələlərinə toxunublar. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

15 Fevral 2026
14 Fevral 2026