• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Moldovada "Şahid" PUA-sı tapıldı

DÜNYA

17 Mart 2026 | 22:04 | Müəllif: Subhan Mahmudov

Moldovada "Şahid" PUA-sı tapıldı

Moldovanın cənubunda Rusiyaya məxsus “Şahid” PUA-sının qalıqları aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu X səhifəsində yazıb.

Bildirilib ki, PUA dövlət sərhədi yaxınlığında Stefan Voda rayonunun Tudora kəndində qəzaya uğrayıb. Hakimiyyət orqanları artıq təhlükəni neytrallaşdırmaq üçün tədbirlər görür.

"Bu gün Moldovanın Tudora kəndində aşkarlanan Rusiya pilotsuz təyyarəsinin partlayıcı maddələr daşıdığı güman edilir. Bu, hava məkanımızın ciddi şəkildə pozulması və vətəndaşlarımız üçün təhlükədir", - deyə prezident bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026