• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Simonyan açıqladı: Bu, tarixi addımdır!

DÜNYA

16 Aprel 2026 | 21:52 | Müəllif: Subhan Mahmudov

Simonyan açıqladı: Bu, tarixi addımdır!

Ötən il əldə edilmiş Vaşinqton razılaşmaları fonunda Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi iki ölkənin xalqları üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addımdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci assambleyasında bildirib.

"İstanbulda 152-ci assambleyanın sessiyasında "Sülhü təmin edərək və gələcək nəsillər üçün ədalətə zəmanət verərək" mövzusunda çıxış etdim. 2025-ci il razılaşmasından sonra Azərbaycanla sülh möhkəmlənib, xalqlarımız üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addım atılıb", - Simonyan deyib.

Onun sözlərinə görə, İrəvan Bakı ilə sülhün möhkəmləndirilməsinə, dialoqun irəliləməsinə və onun real imkanlara çevrilməsinə sadiqdir.

"Biz regional tərəfdaşlıqları, o cümlədən Türkiyə ilə sabitliyin, qarşılıqlı bağlılığın və ümumi rifahın üstünlük təşkil edəcəyi bir gələcək qurmağa hazırıq", - Simonyan yekunlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026