• Bakı C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Rusiyanın strateji limanı bombalandı

DÜNYA

16 Fevral 2026 | 00:16

Rusiyanın strateji limanı bombalandı

Rusiyanın Taman limanı Ukraynanın pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində zərər görüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın Qara dəniz sahilində yerləşən və neft məhsulları, taxıl, kömür və digər yüklərin daşınmasında istifadə olunan Taman limanı Krasnodar vilayətində baş verən hücum zamanı zədələnib. Vilayətin qubernatoru Veniamin Kondratyev “Telegram” kanalında bildirib ki, hücum nəticəsində Volna kəndində yerləşən liman ərazisində neft saxlama çəni, anbar və terminallar zərər görüb. Hadisə zamanı iki nəfər yaralanıb.

Onun sözlərinə görə, limanda baş vermiş bir neçə yanğının söndürülməsi üçün 100-dən çox əməkdaş cəlb olunub.

Qubernator əlavə edib ki, Soçi kurort şəhəri və Anapa yaxınlığındakı Yurovka kəndinə edilən ayrı-ayrı zərbələr daha az miqyaslı ziyanla nəticələnib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bazar günü Taman liman kompleksinə zərbə endirdiyini açıqlayıb. Məlumatda qeyd olunur ki, ABŞ vasitəçiliyi ilə əldə edilmiş və enerji infrastrukturuna hücumları məhdudlaşdıran moratoriumun müddəti başa çatdıqdan sonra Kiyev son günlər Rusiya enerji obyektlərinə hücumları yenidən intensivləşdirib.

Rusiya tərəfi isə müharibə müddətində Ukraynanın enerji və kommunal infrastrukturunu dəfələrlə hədəfə alıb. Nəticədə qış mövsümündə yüz minlərlə insan istilik və elektrik enerjisindən məhrum qalıb.

Sənaye mənbələrinin bildirdiyinə görə, ötən il Taman limanı vasitəsilə təxminən 4,16 milyon ton neft məhsulu ixrac olunub./Modern.az


SON XƏBƏRLƏR

15 Fevral 2026
14 Fevral 2026