Rusiya hərbçiləri "Starlink" terminallarının bağlanmasından sonra Zaporojye bölgəsində kamikadze dron hücumlarını azaldıblar.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin deyib.
"Kamikadze PUA-ların zərbələri daha az olub. Bundan əlavə, "Starlink" bağlandıqdan sonra düşmən rabitə və piyada hücumlarına nəzarətdə müəyyən problemlər yaşadı. Rus işğalçılar artıq bəzi alternativ vasitələr tapıb və daha aktiv şəkildə hücumları davam etdirirlər", - o bildirib.
Voloşin əlavə edib ki, “Starlink” terminallarının söndürülməsindən sonra Rusiya qüvvələrinin özlərinə zərbə endirməsi halları olub:
“Kəşfiyyat məlumatına görə, bir, yaxud iki hal baş verib. Kütləvi şəkildə belə vəziyyətin mövcud olduğunu söyləmək düzgün olmaz”.
Bakı 




