• Bakı C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

İraq neftinin Ceyhan limanı vasitəsilə ixracı bərpa edildi

DÜNYA

18 Mart 2026 | 08:42

İraq neftinin Ceyhan limanı vasitəsilə ixracı bərpa edildi

İraq hökuməti və Kürdüstan regional administrasiyası Türkiyənin Ceyhan limanı vasitəsilə neft ixracının bərpası barədə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İraqın neft naziri Həyyan Əbdül-Qani məlumat verib. Bildirilib ki, tərəflər ixracın yenidən başlanması üçün birgə komitə yaradacaq.

Məlumata görə, razılaşmaya əsasən, regional boru kəməri vasitəsilə neft ixracına çərşənbə günündən başlanması planlaşdırılır və əldə olunan gəlirlər federal büdcəyə yönəldiləcək.

Bundan əlavə, tərəflər neft yataqlarının qorunması və ixrac əməliyyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi barədə də razılığa gəliblər.

Qeyd edək ki, İraq martın 3-də Kərkük-Ceyhan neft kəməri ilə ixracı dayandırmışdı.


SON XƏBƏRLƏR

17 Mart 2026