G7 (Almaniya, Kanada, ABŞ, İtaliya, Yaponiya, Böyük Britaniya, Avropa İttifaqı) nazirləri Ukraynaya dəstəyi təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar BVF və Dünya Bankının yaz görüşləri çərçivəsində Vaşinqtonda G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə qəbul edilib.
Danışıqlarda planlaşdırılan islahatların həyata keçirilməsi, Yaxın Şərqdəki böhranın Rusiyanın müharibə səylərinə fayda verməməsi üçün təzyiqi davam etdirməyin vacibliyi vurğulanıb. Bundan başqa, növbəti qışa hazırlaşmaq və Çernobıl Atom Elektrik Stansiyasındakı mühafizə tağının təmirinə fəal şəkildə töhfə vermək üçün Ukraynanın enerji ehtiyaclarını ödəmək mövzuları da müzakirə edilib.
Aydın Baxış
Bakı 




