q
  • Bakı 11° C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Ermənistanla Azərbaycan arasında yeni bir dövr başlayıb - Alen Simonyan

DÜNYA

17 Aprel 2026 | 00:14

Ermənistanla Azərbaycan arasında yeni bir dövr başlayıb - Alen Simonyan

"Ermənistan və Azərbaycan arasında onilliklər boyu davam edən etimadsızlıq və düşmənçilikdən sonra etimadın möhkəmləndirilməsi üçün yeni bir dövr başlayıb".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci sessiyasında bildirib.

"2025-ci ildə Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sazişdən sonra regionumuzda sülh hökm sürür. Bu, həqiqətən də böyük bir nailiyyətdir. Ermənistan və Azərbaycan arasında onilliklər boyu davam edən etimadsızlıq və düşmənçilikdən sonra etimadın möhkəmləndirilməsi üçün yeni bir dövr başlayıb" , - deyə o qeyd edib.

Onun sözlərinə görə, TRIPP layihəsi daha bir mühüm mərhələdir:

"Bu təşəbbüs eyni vaxtda regional əlaqələrin inkişafına və beynəlxalq ticarət yollarının genişləndirilməsinə yönəldilib. Suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsiplərinə əsaslanan TRIPP layihəsi Cənubi Qafqazda və onun hüdudlarından kənarda sabitliyin, iqtisadi əməkdaşlığın və rifahın təşviq edilməsi potensialına malikdir".

A.Simonyan qeyd edib ki, uzun illərdən sonra ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında ticarət formalaşmağa başlayıb:

"Azərbaycan mallarının Ermənistana idxalı iqtisadi əlaqələrin bərpasında simvolik və praktik addımdır. Bunlar sülhün bəhrələridir".


SON XƏBƏRLƏR

16 Aprel 2026