q
  • Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Rusiya Ukraynanı Şimali Koreya raketləri ilə vurur?

DÜNYA

17 Aprel 2026 | 07:42

Rusiya Ukraynanı Şimali Koreya raketləri ilə vurur?

“Rusiya Ukrayna şəhərlərinə zərbələr endirmək üçün dəfələrlə Şimali Koreyanın “KN-23” və “KN-24” ballistik raketlərindən istifadə edib. Bu raketlər Rusiyanın "İsgəndər" sistemlərinin birbaşa surəti deyil”.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə raket qalıqları təhlil edən Ukrayna Müdafiə Nazirliyi bildirib.

Tədqiqata görə, məlum raketlər daha az yanacaq istifadəsi ilə daha böyük fəsadlar törədə bilir. Unikal xüsusiyyətlərə malikdir.

Kiyev vurğulayır ki, hava hücumundan müdafiə sistemləri bu raketləri ələ keçirməkdə çətinlik çəkir və bu, mülki şəxslər üçün ciddi təhlükə yaradır.

Bundan əlavə, Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) Şimali Koreyanın nüvə fəaliyyətlərinin intensivləşdiyini müşahidə edir. Pxenyan nüvə imkanlarını gücləndirmək strategiyasının bir hissəsi olaraq ildə təxminən 20 döyüş başlığı istehsal edə bilir.

Aydın Baxış


SON XƏBƏRLƏR

16 Aprel 2026