“Biz NATO-ya trilyonlarla dollar xərcləmişik”.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, NATO bunları nəzərə almır:
“Mən onlardan daha məhdud bir vəziyyətdə, yəni Hörmüz boğazı və İran məsələsində iştirak etmələrini istəyəndə onlar bizə dəstək ifadə etmədilər. Onlar yanımızda deyildilər. Onlardan biri də yox idi. Amma biz Ukraynada orada idik. Mən NATO-da rəhbər olsaydım, bu, heç vaxt baş verməzdi. Amma nə olursa olsun, illər ərzində problemləri olanda biz yanlarında olmuşuq”.
Aydın Baxış
Bakı 




