q
  • Bakı 12° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

32 yaşında prorektor oldu

CƏMİYYƏT

16 Aprel 2026 | 18:37

32 yaşında prorektor oldu

32 yaşlı Nigar Adilova ADNSU-da Beynəlxalq əlaqələr üzrə prorektor təyin edilib. 

Bakıvaxtı.az "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr verib. 

Təhsilin bütün pillələrini ADNSU-da tamamlayan Nigar Adilova universitetin ən gənc prorektorudur. O, 2015-ci ildən ADNSU-da işləməyə başlayıb. 2017–2023-cü illərdə ADNSU ilə ABŞ-nin Corciya Dövlət Universiteti arasında birgə əməkdaşlıq nəticəsində açılmış MBA Proqramında tyutor, tədris texnologiyaları üzrə işçi vəzifələrində fəaliyyət göstərib. 2018-ci ildən indiyədək MBA Proqramında müəllim olaraq çalışır. 2023-cü ildən indiyədək həmin proqramın direktor müavini vəzifəsində işləyir.


SON XƏBƏRLƏR