• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı verildi

SİYASƏT

16 Aprel 2026 | 18:33 | Müəllif: Subhan Mahmudov

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı verildi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə gürcü spiker "X" hesabında bildirib.

    O qeyd edib ki, görüş zamanı fəal parlamentlərarası əməkdaşlıq alqışlanıb və Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığa sadiqlik təsdiqlənib.

    “Biz bölgəmizdə sülh prosesini müzakirə etdik və strateji enerji layihələrinin irəlilədilməsinin vacibliyini vurğuladıq”, - Papuaşvili yazıb.

    Spiker Sahibə Qafarovanı Gürcüstan parlamentinin bu yaxınlarda təsis etdiyi Fəxri medalla təltif edib. O vurğulayıb ki, Milli Məclisin sədri bu mükafata Gürcüstanla Azərbaycan arasında parlament əlaqələrinin möhkəmləndirilməsinə və iki xalq arasında dostluğa verdiyi böyük töhfələrə görə layiq görülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026