• Bakı 27° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Bakıda TDT-nin forumu keçirilib - YENİLƏNİB

SİYASƏT

16 May 2026 | 17:31

Bakıda TDT-nin forumu keçirilib - YENİLƏNİB

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə dörd panel müzakirəsi baş tutub.

Müzakirələrdə 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fikir mübadiləsi aparıblar.

***

10:14

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, tədbir "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə baş tutur.

Forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edirlər.

TDT-yə üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2025-ci il noyabrın 23-26-da Bakı və Naxçıvanda keçirilib. Tədbirdə təşkilatın tarixinə 2009-cu ildə "Naxçıvan Sazişi" ilə düşmüş, qurum üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis edilib. Platformaya rəhbərlik TDT-nin hazırki sədri kimi Azərbaycana həvalə edilib. Həmin forumda həmçinin Naxçıvanda "WUF13-ə doğru - Türk dünyasında ilk" adlı panel müzakirələri də təşkil edilib.

TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq forumları da gerçəkləşdiriləcək.

Ötən dövrdə - 2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Bu forumlar Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti üçün mühüm dəyərə malikdir.

Qeyd edək ki, son yeddi ayda artıq ikinci dəfədir TDT-yə üzv ölkələrin QHT-ləri Azərbaycanda toplaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026