• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Şəfa” I Liqa çempionu oldu

İDMAN

15 May 2026 | 19:45 | Müəllif: Subhan Mahmudov

“Şəfa” I Liqa çempionu oldu

“Şəfa” klubu Azərbaycan I Liqasının 26-cı turunda çempionluğunu rəsmiləşdirərək Premyer Liqaya vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, turnirin lideri Binə qəsəbə stadionunda “Cəbrayıl” kollektivi ilə qarşılaşıb.

Gərgin keçən görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən Elgiz Kərəmlinin rəhbərlik etdiyi komanda xallarını 57-yə yüksəldib. Bu qələbə ilə “Şəfa” mövsümün bitməsinə bir tur qalmış ən yaxın izləyicisi olan “Səbail”i 7 xal qabaqlayaraq çempionluğunu elan edib.

Bu nəticə isə “Şəfa”nın növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirakını təmin edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026